Bu gün futbol üzrə Azərbaycan çempionatında altıncı tura start veriləcək.Azərtac xəbər verir ki, turun görüşləri üç gün ərzində keçiriləcək. İlk oyun günündə əvvəlcə turnir cədvəlində dördüncü pillədəki “İnter” klubu “İnter Arena”da yeddinci sırada qərarlaşan paytaxtın “Neftçi” komandası ilə qarşılaşacaq. “Neftçi” indiyədək “İnter”lə 51 Premyer Liqa matçından 24-də uduzub, 13 dəfə qalib gəlib, 14 dəfə heç-heçə edib. Son beş oyunda hər iki komanda qol vurub. “Neftçi” ardıcıl üç qələbə qazanıb.Günün digər görüşündə Gəncənin “Kəpəz” komandası səfərdə “Qəbələ”nin qonağı olacaq. Turnir cədvəlində “Qəbələ” üçüncü sırada, “Kəpəz” sonuncu yerdədir. “Kəpəz” son üç oyunda meydanı qolsuz tərk etməyib. Son dörd matçda meydan sahibi olan komanda uduzmayıb. Əvvəlki 16 qarşılaşmada “Qəbələ” klubunun altı qələbəsi, beş heç-heçəsi və beş məğlubiyyəti var.Sentyabrın 30-da “Dalğa Arena”da paytaxtın “Səbail” klubu “Sumqayıt” ilə üz-üzə gələcək. Hazırda altıncı olan Bakı təmsilçisi rəqibindən bir pillə geri qalır. Bu kollektivlər indiyədək çempionat oyunlarında qarşılaşmayıblar.Turun son oyunu 15 xalla Premyer Liqanın lideri olan Ağdamın “Qarabağ” komandası ilə ikinci sıradakı “Zirə” arasında olacaq. Rəqibindən bir oyun çox keçirən paytaxt komandasının aktivində 14 xal var. Əvvəlki səkkiz qarşılaşmadan altısı “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. “Qarabağ” heç vaxt “Zirə”yə uduzmayıb. Paytaxt klubu səfərdə xal ala bilməyib. Ağdam klubu ardıcıl yeddi oyunda qapısında qol buraxmayıb. Bu matç oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…