Sentyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə bir görüş oynanılacaq. Son çempion “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sumqayıt”la üz-üzə gələcək. Saat 19:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.Sentyabrın 28-də turun ikinci görüşündə “Qəbələ” və “Neftçi” komandaları qarşılaşacaqlar. Saat 17:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matçın baş hakimi Kamal Umudlu olacaq.Sentyabrın 29-da iki qarşılaşma ilə altıncı tura yekun vurulacaq. “ASCO Arena”da “Keşlə” klubu “Zirə”ni, “Sabah” isə “Bank Respublika Arena”da “Səbail”i qəbul edəcək. İlk oyun saat 17:30-da, ikinci isə 19:45-də start götürəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Beş turdan sonra turnir cədvəlinə 15 xalla “Qarabağ” klubu başçılıq edir. On xalı olan “Səbail” ikincidir, “Keşlə” və “Zirə” hərəyə 7 xalla üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq, “Sumqayıt” (6 xal), “Neftçi” (5), “Qəbələ” (4) və “Sabah” (2) klubları yer alırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…