Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində

6 İyun 2021 14:52

Xəbər 441 dəfə oxunub

İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olub.Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesabla qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olub. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.xeber100.com