Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir.Azərtac xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Simurq” və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb. İkinci göstərici Hüseyn Məhəmmədova məxsusdur. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb – 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…