Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub

16 Oktyabr 2022 11:54

Xəbər 334 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub.Turun sonuncu oyununda Azərbaycan çempionu “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib.“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Ölkəmizdə UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Sumqayıt”ın qolunu isə Almir Aqanspahiç vurub.Xallarının sayını 27-yə çatdıran “Qarabağ” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Sumqayıt” klubu 4 xalla doqquzuncudur.Hesabında 25 xal olan “Sabah” klubu turnir cədvəlində ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə yer alıblar. “Zirə” və “Qəbələ” 16 xalla 4-5-ci yerdə qərarlaşıblar. “Turan Tovuz” (12 xal) altıncı, “Səbail” (9) yeddinci, “Kəpəz” (4) səkkizinci, “Şamaxı” (3) isə onuncudur.xeber100.com