Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Azərtac xəbər verir ki, turun son oyununda Bakının “İnter” klubu “Sumqayıt”ı qəbul edib. Meydan sahibi bu matçda əzmkar qələbə qazanmağı bacarıb – 3:1. Belə ki, “Sumqayıt”ın gənc futbolçusu Mirabdulla Abbasov oyunun ikinci dəqiqəsində hesabı açsa da, meydan sahibləri fasiləyədək dönüş yarada bilib. Zurab Xizanaşvili 21-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə isə kapitan Nizami Hacıyev (55,80) etdiyi dublla komandasına növbəti qələbəni qazandırıb. Bu nəticə ilə “İnter” 20 xalla 3-cü pillədə möhkəmlənib. “Sumqayıt” isə 9 xalla altınci yeri tutur. “Qəbələ” 24 xalla turnir cədvəlinə liderlik edir. Hesabinda 22 xalı olan “Qarabağ” komandası isə 3-cü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…