Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib

17 Fevral 2023 14:15

Xəbər 318 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Turun açılış oyununda “Kəpəz” klubu “Şamaxı”nı qəbul edib.

Gəncə şəhər stadionunda oynanılan qarşılaşma “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Abdullahi Şauybu və Mate Kvirkviya (2 top) fərqləniblər. “Şamaxı”nın qollarını isə Fuad Bayramov və Rəhman Daşdəmirov vurublar.

Qeyd edək ki, turun “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” matçları fevralın 18-də, “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” görüşləri fevralın 19-da keçiriləcək.xeber100.com