Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib

22 Yanvar 2021 11:07

Xəbər 467 dəfə oxunub

Yanvarın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Səbail” doğma meydanda “Neftçi”ni qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma 1:3 hesabı ilə yekunlaşıb.Hesabı 28-ci dəqiqədə meydan sahiblərinin heyətində Əfran İsmayılov açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Sabir Buqrin hesabı bərabərləşdirib. Matçın 51-ci dəqiqəsində isə Emin Mahmudov “Neftçi”ni hesabda irəli çıxarıb. Matçın son dəqiqələrində isə S.Buqrin özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “Neftçi” klubu turnir cədvəlinin liderdir. “Səbail” isə 13 xalla 6-cı sıradadır.Qeyd edək ki, hazırda “Sabah” – “Qarabağ” matçı davam edir. Tura “Keşlə” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.xeber100.com