Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib

27 Noyabr 2022 11:29

Xəbər 270 dəfə oxunub

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.İlk oyun günündə bir qarşılaşma oynanılıb.“Bakcell Arena”da “Neftçi” klubu “Səbail”i qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda “Neftçi” rəqibini 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Emin Mahmudov het-trik edib. Yarımmüdafiəçi qollardan ikisini penaltidən vurub. Oyunda digər qolun müəllifi Rafael Məhərrəmli olub.Hesabında xalların sayını 32-yə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” 10 xalla yeddinci pillədə qərarlaşıb.Qeyd edək ki, XV turun “Şamaxı” – “Kəpəz” və “Qarabağ” – “Zirə” matçları noyabrın 28-də, “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.xeber100.com