Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub

19 Fevral 2023 15:38

Xəbər 280 dəfə oxunub

Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Oyun günündə iki matç keçirilib.

“Bank Respublika Arena”da “Sabah” klubu “Turan Tovuz” komandasını qəbul edib. Matçda rəqibini 2:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisi sensasiyaya imza atıb. Oyunda Natan Oduva və Ayxan Quseynov fərqləniblər. Hesabında 53 xal olan “Sabah” turnir cədvəlində ikinci, “Turan Tovuz” isə 26 xalla altıncı pillədə qərarlaşıblar.

Turun sonuncu oyununda “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Qarabağ” qələbə qazanıb. Matçın taleyini son dəqiqələrdə vurulan avtoqol həll edib. Qismət Alıyevin 87-ci dəqiqədə topu öz qapısından keçirməsi sayəsində Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Bu qələbədən sonra xallarının sayının 61-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 32 xalla dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2, “Qəbələ” evdə “Sumqayıt”ı 2:1, “Neftçi” isə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.xeber100.com