Futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start veriləcək

16 Sentyabr 2022 14:20

Xəbər 286 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start veriləcək.İlk oyun günündə 2 görüş keçiriləcək.Günün ilk matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt klubu 13 xalla turnir cədvəlində üçüncü sırada qərarlaşıb. Bölgə təmsilçisi isə 10 xalla dördüncüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.Günün digər oyununda isə 15 xalla turnir cədvəlində ikinci pillədə yer alan “Neftçi” 5 xalla 7-ci sırada gedən “Səbail”in qonağı olacaq.Komandalar indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıblar. Bunların 14-də “Neftçi”, 2-də isə “Səbail” qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var – 41:11.Sentyabrın 17-də “Qəbələ” – “Sumqayıt” oyunu, bir gün sonra isə “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları baş tutacaq.xeber100.com