Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turun növbəti oyununda

24 Oktyabr 2021 19:40

Xəbər 407 dəfə oxunub

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.Turun ikinci oyun gününün yeganə matçında “Keşlə” klubu “Qəbələ”ni qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. “Qırmızı-qaralar”ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra “Qəbələ”nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. Matçın 38-ci dəqiqəsində “Keşlə”nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Amil Yunanov “Keşlə”nin təsəlli qolunun müəllifi olub.Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “Qəbələ” 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com