Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna yekun vurulub.
Günün ilk qarşılaşması Qəbələdə oynanılıb. “Qarabağ” klubunu qəbul edən “Qəbələ” 1:3 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin heyətində Ramil Şeydayev dubl edib, digər qolu Musa Qurbanlı vurub. Meydan sahiblərinin heyətində isə İsnik Alimi fərqlənib.
Turun son oyununda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Matçda Bakı təmsilçisi böyük hesablı qələbə qazanıb – 4:0. “Neftçi”nin heyətində Emin Mahmudov dubl edib, Sezar Meza Kolli və Mateus Saldanya rəqib qapısını yol tapıblar.
XXV turun “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 2:2. “Sumqayıt” klubu “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.
Hesabında 65 xal olan “Qarabağ” klubu turnir cədvəlində liderliyini davam etdirir. “Sabah” 56, “Neftçi” isə 52 xalla ilk üçlükdə yer alıblar. “Zirə” 36 xalla dördüncü, “Qəbələ” 32 xalla beşinci, “Turan Tovuz” 26 xalla altıncı, “Sumqayıt” 21 xalla yeddinci pillədə qərarlaşıblar. Aktivlərində 20 xal olan “Kəpəz” və “Şamaxı” klubları 8-9-cu pilləni bölüşürlər. “Səbail” isə 17 xalla sonuncu – onuncudur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…