Futbol üzrə Birlik kuboku ləğv oluna bilər

2 Fevral 2016 16:53

Xəbər 1598 dəfə oxunub

Sankt-Peterburqda başa çatan futbol üzrə Birlik kuboku yaxın vaxtlarda ləğv edilə və ya formatı dəyişdirilə bilər.

Bu barədə “R-Sport” nəşrinə Rusiyanın idman naziri Vitaliy Mutko bildirib. Onun sözlərinə görə, “Birlik Kuboku” öz mahiyyətini itirib və gənc komandaların iştirakı isə daha aktual deyil.

İlk dəfə turnir 1993-cü ildə keçirilib, və hər il ya Moskva və ya Sankt-Peterburq şəhərində təşkil olunur.

Turnirin qalibləri: “Spartak” Moskva (1993-1995, 1999-2001-ci illərdə), “Dinamo” Kiyev (1996-1998, 2002), “Şerif” (Moldova, 2003, 2009), “Dinamo” Tbilisi (2004), “Lokomotiv” Moskva (2005), “Nefçi” Bakı (2006), “Paxtakor” Daşkənd (2007), “Xəzər Lənkəran” (2008), “Rubin” Kazan (2010), “İnter” Bakı (2011), Rusiyanın gənclərdən ibarət futbol yığması (2012, 2013, 2016), Ukraynanın gənclərdən ibarət futbol yığması (2014) və CAR (2015).