Futbol üzrə daha bir yoldaşlıq oyunu keçiriləcək

15 Fevral 2018 13:30

Xəbər 864 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.Qeyd edək ki, bu ilin payızında Millətlər Liqasında mübarizə aparacaq yığmamızın hazırlıq çərçivəsində daha üç yoxlama oyunu keçirməsi dəqiqləşib. Komandamız martın 23-də Belarusla Bakıda, dörd gün sonra 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə qarşılaşacaq.xeber100.com