Futbol üzrə dörddəbir final mərhələsinə start verilib

8 Aprel 2022 10:00

Xəbər 436 dəfə oxunub

Futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.Görüşlərin hamısı eyni gündə keçirilib. “Slaviya” (Praqa) Niderlandda “Feyenoord”la bərabərə qalıb 3:3. PSV “Lester”in qonağı olub və qolsuz heç-heçə edib.Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu doğma meydanda Yunanıstanın PAOK komandasını 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.Turnirin favoritlərindən İtaliyanın “Roma” klubu Norveçdə “Budyo-Qlimt”ə uduzub – 1:2. Bu komandalar eyni qrupda mübaizə aparıb. Hər iki görüşdə Norveç təmsilçisi məğlub olmayıb (6:1, 2:2).İngiltərədənın “Lester Siti” və Niderlandın PSV komandası arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.Dörddəbir final mərhələsinin cavab matçları aprelin 14-də oynanılacaq.xeber100.com