Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ikinci matçında “Sabah” klubu turnir cədvəlinin autsayderi “Qəbələ”ni qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.Elmar Baxşiyevin “qırmızı qaralar”ın baş məşqçisi kimi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan “Qəbələ” 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan “Sabah” isə sonuncu – səkkizinci yerə enib.Qeyd edək ki, həftənin ilk oyununda “Zirə” “Sumqayıt”ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Keşlə” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…