Futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunacaq

2 İyun 2022 10:24

Xəbər 619 dəfə oxunub

İyunun 1-də futbol üzrə Şotlandiya və Ukrayna milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən oyunu niderlandlı FIFA referisi Denni Makkelli idarə edib.Qarşılaşma Ukrayna yığmasının inamlı qələbəsi ilə başa çatıb – 3:1.Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları dünya çempionatına sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.Xatırladaq ki, UEFA Ukraynadakı vəziyyətə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.Futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.xeber100.com