Bu gün Qətərdə futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.G qrupu çərçivəsində Kamerun – Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.H qrupu çərçivəsində isə Qana – Uruqvay və Koreya Respublikası – Portuqaliya matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Qana – Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. “Edukeyşın Siti” stadionunda təşkil olunacaq digər oyun isə Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb.Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…