Futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək

13 Dekabr 2022 09:42

Xəbər 365 dəfə oxunub

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.Ilk yarımfinal oyununda Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.”Lusail” stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Argentina seçməsi isə Niderlandı mübarizədən kənarlaşdırıb.Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Xorvatiya və Argentina milliləri üz-üzə gəlib. Matçda xorvatlar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.xeber100.com