Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə “play-off” mərhələsinin daha bir cavab görüşü keçirilib.Azərtac xəbər verir ki, İtaliya millisi İsveçi qəbul edib.Milanın “San-Siro” stadionunda təşkil olunan qarşılaşmanı baş hakim ispaniyalı Antonio Matö Lahoz idarə edib. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Nəticədə skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yığması yenidən azarkeşlərini kədərə qərq edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…