Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, ikinci yarımfinal oyununda İngiltərənin “Liverpul” klubu Meksikanın “Monterrey” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda ingiltərəlilər 2:1 hesabı ilə qalib gələrək finala yüksəliblər. Görüşdə hesabı 12-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta vurub. 2 dəqiqə sonra Meksika təmsilçisinin hücumçusu Rogelio Funes hesaba tarazlıq gətirib. Oyunun taleyini “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonun 91-ci dəqiqədə vurduğu qol həll edib.Digər yarımfinal görüşündə isə Braziliyanın “Flamenqo” komandası Səudiyyə Ərəbistanının “Əl Hilal”ını məğlub edərək finala yüksəlib.Klublararası dünya çempionatının finalı dekabrın 21-də Qətərin paytaxtı Dohadakı “Education City” stadionunda keçiriləcək.Qeyd edək ki, son üç ildə bu turnirin qalibi İspaniyanın “Real Madrid” klubu olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…