Futbol üzrə dünya çempionatının iştirakçıları müəyyənləşib

30 Noyabr 2017 13:52

Xəbər 744 dəfə oxunub

Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın sonuncu iştirakçısı Cənubi Amerika kuboku turnirinin (Copa Libertadores) finalında Argentinanın “Lanus” klubuna qalib gələn “Qremio” (Braziliya) komandası olub.Beləliklə, klublararası dünya çempionatında “Real Madrid” (İspaniya), “Qremio” (Braziliya), “Urava Red Daymonds” (Yaponiya), “Vidad” (Mərakeş), “Paçuka” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), “Əl-Cəzirə” (BƏƏ) komandaları mübarizə aparacaqlar.Dekabrın 6-da start götürəcək çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə dekabrın 16-da keçiriləcək.xeber100.com