Futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində

5 Dekabr 2022 10:12

Xəbər 546 dəfə oxunub

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində bu gün daha iki oyun keçiriləcək.Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.Günün sonuncu qarşılaşmasında isə Braziliya seçməsi Koreya Respublikası millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.xeber100.com