Futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib

18 Oktyabr 2017 11:51

Xəbər 916 dəfə oxunub

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oktyabrın 17-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkatmada seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda iştirak edib.Püşkün nəticəsinə əsasən, dünya çempionatına vəsiqə uğrunda Şimali İrlandiya millisi İsveçrə, Xorvatiya Yunanıstan, Danimarka millisi İrlandiya, İsveç komandası isə İtaliya ilə qarşılaşacaq.Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.xeber100.com