Futbol üzrə dünya çempionatının Qətərdə təşkil olunacağı rəsmən açıqlanıb

16 İyun 2017 10:15

Xəbər 1260 dəfə oxunub

FIFA 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının Qətərdə təşkil olunacağını bir daha rəsmən açıqlayıb.Azərtac xəbər verir ki, FIFA Qətərlə bağlı hadisələrdən sonra “DÇ-2022″nin bu ölkədə keçirilməməsi ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib. Ali futbol qurumunun yaydığı rəsmi məlumatda 2022-ci ildə keçiriləcək dünya çempionatına Qətərin ev sahibliyi edəcəyi bir daha qəti şəkildə təsdiqlənib.xeber100.com