Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

11 Oktyabr 2021 20:01

Xəbər 291 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.Müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın “Sassuolo” klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.xeber100.com