Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyununun hakimləri məlum olub.Azərtac xəbər verir ki, qarşılaşmanı italiyalı referi Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi isə Marko Quida olacaq.2010-cu ildən beynəlxalq dərəcəli FİFA hakimi statusu alan D.Orsato 2015-ci ildən UEFA-nın elit hakimlər kateqoriyasına daxil olub. O, indiyədək 50 beynəlxalq görüş idarə edib. Bundan əvvəl Almaniya komandasının oynadığı iki matçı idarə etmiş italiyalı referi Azərbaycan yığmasının iştirakı ilə keçirilən qarşılaşmada ilk dəfə baş hakim funksiyasını yerinə yetirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…