Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

4 Oktyabr 2017 13:17

Xəbər 771 dəfə oxunub

AFFA futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək Azərbaycan-Çexiya oyunu ilə əlaqədar azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə tədbirlər görür.Azərtac AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitələri ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.Azərbaycan-Çexiya matçı oktyabrın 5-də saat 20.00-da start götürəcək.xeber100.com