Futbol üzrə dünya çempionatının seçmə mərhələsində

30 Mart 2022 11:27

Xəbər 374 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Ekvador millisi ilə heç-heçə edən (1:1) Argentina yığması öz rekordunu təkrarlayıb.Komanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.Argentina yığması bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi.Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.xeber100.com