Futbol üzrə “Elit Neon Cup” turnirinə start verilib

21 Aprel 2017 11:34

Xəbər 1234 dəfə oxunub

Yunanıstanın paytaxtı Afinada futbol üzrə “Elit Neon Cup” turnirinə start verilib.Azərtac xəbər verir ki, “Qəbələ” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Baş məşqçi Famil Xəlilovun komandası əvvəlcə yerli “Apollon” klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib.”B” qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, komandamız bu gün keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) görüşəcək.xeber100.com