Futbol üzrə final mərhələsi başlayır

2 Dekabr 2016 11:34

Xəbər 1379 dəfə oxunub

Dekabrın 2-də futbol üzrə Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, mərhələnin oyunları iki gün ərzində keçiriləcək. Bütün cütlüklərdə Premyer Liqa təmsilçiləri ilə I divizionda çıxış edən klublar üz-üzə gələcəklər.İlk oyun günündə keçiriləcək dörd qarşılaşma paytaxtda təşkil olunacaq. Əvvəlcə meydana MOİK və “Sumqayıt” futbolçuları çıxacaqlar. Ardınca “İnter” divizionun iddialılarından olan “Qaradağ Lökbatan”la oynayacaq. AZAL “Rəvan”ı qəbul edəcək. Mövsümü uğursuz keçirən “Neftçi” isə aşağı dəstə təmsilçisi “Şərurspor”la qarşılaşacaq.xeber100.com