Futbol üzrə forum keçirilib

26 Mart 2017 11:38

Xəbər 1012 dəfə oxunub

Futbol üzrə UEFA Gənclər Liqası yarışları çərçivəsində məşqçilər üçün forum keçirilib.Azərtac xəbər verir ki, 2016-2017-ci il mövsümünün iştirakçılarının qatıldıqları tədbirdə Azərbaycanı “Qəbələ” klubunun nümayəndələri təmsil ediblər.UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar.UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Markettinin iştirakı ilə keçirilən tədbirdə futbol mütəxəssisləri – İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapello müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.xeber100.com