Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda “Tottenhem” komandasının doğma meydanda “Sauthampton” üzərində 5:2 hesablı qələbəsi ev sahiblərinin heyətində ulduz futbolçu Harri Keyn üçün əlamətdar olub.Azərtac xəbər verir ki, görüşdə 22-ci, 39-cu və 67-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trik edən H.Keyn 2017-ci il ərzində rəsmi matçlarda ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O, 52 oyunda 56 qolla ilin ən məhsuldar futbolçusu adını qazanıb.İyirmi dörd yaşlı futbolçu bu göstərici ilə Lionel Messini (54), Robert Levandovskini, Kriştiano Ronaldonu və Edinson Kavanini (hər üçü 53 qol) qabaqlayıb.İngiltərəli futbolçu bu qollardan 49-nu Premyer Liqada, 7-sini isə milli komandanın heyətində vurub. H.Keyn 2017-ci ildə Premyer Liqada forma geydiyi 36 matçda rəqib qapılarına 39 dəfə yol tapıb. Bundan əvvəlki rekord 42 oyunda 36 qol vuran Alan Şirerə məxsus idi.O, Premyer Liqa tarixində bir ildə 6 dəfə het-trik edən ilk futbolçu olub.H.Keyn il ərzində klub matçlarında vurduğu qolların sayına (49) görə yalnız Lionel Messi və Edinson Kavanidən geri qalır. Hər iki futbolçunun aktivində 50 top var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…