Futbol üzrə İspaniya çempionatının XVIII turunda qələbə sevinci

9 Yanvar 2021 16:37

Xəbər 468 dəfə oxunub

Futbol üzrə İspaniya çempionatının XVIII turunda səfərdə “Selta” üzərində 4:0 hesablı qələbə “Vilyarreal” üçün əlamətdar olub.Azərtac xəbər verir ki, bu, komandanın ölkə çempionatlarında üçüncü ən böyük hesablı səfər qələbəsi kimi klubun tarixinə düşüb.“Vilyarreal” sonuncu dəfə bu rekordu 16 il əvvəl – 2005-ci ildə “Real Sosyedad”ı səfərdə dörd cavabsız qolla məğlubiyyətə uğradarkən əldə edib.Unai Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.“Vilyarreal” cari mövsümdə UEFA Avropa Liqasında Ağdamın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparıb. “Qarabağ” İspaniya təmsilçisi ilə İstanbulda keçirildiyi ev oyununda 1:3 hesabı ilə uduzub. “Qarabağ” klubu cavab görüşündə iştirak etmədiyi üçün texniki məğlubiyyət (0:3) alıb.xeber100.com