Mayın 9-də futbol üzrə İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü “Real Madrid” və “Sevilya” komandaları arasında keçirilib.Azərtac xəbər verir ki, Madriddəki “Alfredo di Stefano” stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 2:2.Hesabı 22-ci dəqiqədə qonaq komandadan Fernando açıb. Oyunun 67-ci dəqiqəsində Marko Asensio bərabərlik qolunu vurub. Qarşılaşmanın 78-ci dəqiqəsində İvan Rakitiç penaltidən “Sevilya”nı yenidən önə çıxarıb. Lakin 90+4-cü dəqiqədə Eden Azar “kral klubu”nu məğlubiyyətdən qurtarıb.Bu nəticədən sonra “Real Madrid” xalını 75-ə çatdıraraq, yenidən ikinci pilləyə qayıdıb. Üçüncü pillədəki “Barselona” da eyni xala malikdir. “Sevilya” 71 xalla dördüncüdür. Turnir cədvəlinə isə 77 xalla “Atletiko” başçılıq edir.Qeyd edək ki, bu tur daha bir mərkəzi görüş “Barselona” və “Atletiko” arasında olub. Qarşılaşma qolsuz tamamlanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…