Futbol üzrə İspaniya millisi Millətlər Liqası matçında…

15 Oktyabr 2020 08:39

Xəbər 585 dəfə oxunub

Futbol üzrə İspaniya millisi Millətlər Liqası matçında Ukraynaya məğlub olub – 0:1.Azərtac xəbər verir ki, Ukrayna millisi İspaniya yığması ilə oynadığı yeddi matçda ilk dəfə qalib gəlib. Bundan əvvəl Ukrayna komandası beş dəfə məğlub olub, bir dəfə heç-heçə edib.İspaniya millisi ikinci dəfə postsovet məkanından olan komandaya məğlub olub. 2016-cı ildə ispanlar Gürcüstana 0:1 hesabı ilə uduzublar. Rusiya millisi 2018-ci ildə dünya çempionatının səkkizdəbir final mərhələsində İspaniyanı penaltilər seriyasında məğlub edib. Lakin matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, Ukrayna-İspaniya görüşündə yeganə qolu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Viktor Tsıqankov vurub.xeber100.com