İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, “Renato Dall Ara” stadionunda baş tutan görüşdə “Bolonya” klubu turnir cədvəlinin hazırkı lideri “Yuventus”u qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. Matçın 36-cı dəqiqəsində Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. “Bolonya” isə “Sampdoriya”nın qonağı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…