Oktyabrın 16-da futbol üzrə İtaliya A Seriyasının səkkizinci turun növbəti oyunu keçirilib.Turun ilk oyun günündə üç qarşılaşma olub. Gecənin ən maraqlı görüşü “San Siro” stadionunda reallaşıb.”Milan” öz meydanında “Verona” komandasını qəbul edib.Görüşü daha fəal başlayan qonaqlar gözlənilmədən ardıcıl iki qol vurub. “Verona”nın heyətində Canluka Kaprari (7) və Antonin Barak (24) fərqləniblər.Fasilədən sonra hücumlarını kəsərin artıran “Milan”ın heyətində 59-cu dəqiqədə Olivye Jiru, 76-cı dəqiqədə Frank Kessi və 78-ci dəqiqədə Koray Quter (avtoqol) fərqlənərək əzmkar qələbə qazanıb.Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 22-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Verona” isə 8 xalla 13-cü yerdə qərarlaşıb.Turun mərkəzi qarşılaşmasında “İnter” səfərdə “Latsio”ya 3:1, “Spezia” isə öz meydanında “Salernitana”nı (2:1) məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…