Yanvarın 20-də futbol üzrə İtaliya A Seriyasının Super Kubok görüşü keçirilib.Azərtac xəbər verir ki, “Mapei” stadionunda baş tutan görüşdə “Yuventus” əzəli rəqibi “Napoli” ilə qarşılaşıb. Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb.Fasilədən sonra daha üstün oyun nümayiş etdirən “Yuventus” hesabı açıb. Matçın 64-cü dəqiqəsində Kriştiano Ronaldo fərqlənib. Görüşün 80-ci dəqiqəsində “Napoli” klubu penalti vurmaq hüququ qazanıb, lakin Neapol təmsilçisinin futbolçusu Lorenso İnsinyanın zərbəsi dəqiq olmayıb.Oyunun 96-cı dəqiqəsində “Yuventus” rəqibin qapısına ikinci dəfə yol tapıb. Alvaro Morata son nöqtəni qoyub. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.Beləliklə, “Yuventus” tarixində 9-cu dəfə İtaliya Super Kubokunun qalibi olur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…