Sentyabrın 15-də futbol üzrə İtaliya A Seriyasının üçüncü turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun növbəti matçında “Milan” səfərdə “Verona”in qonağı olub.Görüş milanlıların minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 65-ci dəqiqədə Kşiştof Piatek olub. “Milan” ardıcıl ikinci qələbəsini qazanaraq xalların sayını 6-ya çatdırıb və turnir cədvəlində 6-cı yerə yüksəlib. “Verona” isə 4 xalla 10-cu yerdə qərarlaşıb.Son çempion “Yuventus” səfərdə “Fiorentino” klubu ilə qolsuz heç-heçə edib. “Napoli” isə öz meydanında “Sampdoriya”dan güclü olub – 2:0.Turun ən qollu oyunu paytaxt Rimdə qeydə alınıb. “Roma” – “Sassuolo” oyununda 6 qol vurulub. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“İnter” – “Udineze” – 1:0,
“Genoa” – “Atalanta” – 1:2,
“Breşiya” – “Bolonya” – 3:4,
“Parma” – “Kalyari” – 1:3,
SPAL – “Latsio” – 2:1.
Qeyd edək ki, tura sentyabrın 16-da “Torini” – “Leççe” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…