Futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib

14 Fevral 2020 10:44

Xəbər 504 dəfə oxunub

Fevralın 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda keçirilən matçda əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab ikinci hissədə açılıb. Matçın 61-ci dəqiqəsində Ante Rebiç Kastilyexonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 71-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Teo Hernandes iknci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 90-cı dəqiqəsində “Yuventus” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib.Xatırladaq ki, mərhələnin birinci oyununda “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Napoli” komandasına minimal hesabla məğlub olub – 0:1.“İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub – 4:2.Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.xeber100.com