Futbol üzrə Kolumbiya çempionatının 14-cü turunda “Atletiko nasyonal” və “Deportivo Kali” komandaları arasında matçda (0:0) maraqlı bir hadisə baş verib.Azərtac xəbər verir ki, final fitinin səslənməsinə bir neçə dəqiqə qalmış meydan sahibləri rəqib komandanın cərimə meydançası yaxınlığında standartı icra etmək hüququ qazanıblar. “Atletiko nasyonal”ın yarımmüdafiəçisi Xeyson Lukumi standartı icra etməyi qərara alaraq topu əlinə götürüb. Lukuminin komanda yoldaşı, hücumçu Dayro Moreno topu vuraraq onun əlindən salıb, bundan sonra oyunçular arasında az qala dava düşüb. Münaqişə zamanı başı ilə Morenonun üzünə vuran Lukumi buna görə qırmızı vərəqə alıb.Matçdan sonra “Atletiko nasyonal” elan edib ki, bu hadisəyə görə Moreno ilə sazişi pozmaq qərara alınıb, Lukumi isə 8 günlüyə əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…