Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayır.Azərtac xəbər verir ki, saat 20:00-da millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edəcək.Komandaların matç üçün start heyətləri açıqlanıb.Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Namiq Ələsgərov, Mahir Emreli və Ramil Şeydayev çıxacaqlar.Lüksemburq komandasının ilk onbirliyində isə Anthoni Moris, Vahid Selimoviç, Lars Gerson, Kristofer Martins, Gerson Rodriges, Vinsen Till, Dirk Karlson, Olivye Till, Leandro Barreyro, Laoren Yans və Mauritse Devill yer alıblar.Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu olacaq.Bu, baş məşqçi Canni De Byazinin millimizdə ilk sınağı olacaq.Görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasını qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…