Futbol üzrə milli komandamızın oyunlarının vaxtı açıqlanıb

28 May 2020 19:08

Xəbər 512 dəfə oxunub

Futbol üzrə qadınlardan ibarət A milli komandaları arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa–Azərbaycan oyunu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya–Azərbaycan görüşünün oktyabrın 27-də təşkil olunmasına qərar verilib.Oyunların keçiriləcəyi stadionlar və başlanma saatı hələ müəyyənləşməyib.xeber100.com