Futbol üzrə müraciətlərə baxılıb

15 Sentyabr 2017 13:38

Xəbər 985 dəfə oxunub

AFFA-nın və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb.AFFA-dan Azərtac-a bildirilib ki, komissiyanın iclasında klubların təqdim etdikləri sənədlər, onların peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatlar nəzərə alınaraq I divizionda iştirak edəcək komandalar təsdiqlənib. Beləliklə, I divizionda “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da iştirakına icazə verilib.I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların çıxış etməsi üçün həvəskar statuslu “Region Liqası” nın yaradılması ilə bağlı layihənin İcraiyyə Komitəsinə təqdim olunması planlaşdırılır.xeber100.com