Futbol üzrə ölkə çempionatının yeni qərarları müzakirə edilir

3 Aprel 2020 17:55

Xəbər 459 dəfə oxunub

İtaliya Futbol Federasiyası, A Seriyasının rəhbərliyi və İtaliyanın İdman naziri Vinçenco Spadafora futbol üzrə ölkə çempionatının bərpası ilə bağlı yeni qərarları müzakirə edirlər.Azərtac xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib. O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı deyib: “Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq”.Neytral ərazidə oynamağın yaxşı qərar olmadığını söyləyən federasiya rəhbəri bildirib: “Amma bu seçimi də nəzərdən keçiririk. Dörd-beş variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, böyük haqsızlıq olardı. İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxacaq”.Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.xeber100.com