Futbol üzrə Premyer Liqasında 7-ci turun görüşləri keçiriləcək

5 Oktyabr 2018 12:36

Xəbər 870 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, turun açılış oyunu “Dalğa Arena”da baş tutacaq. “Zirə” klubu “Qəbələ” komandasını qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.Hər iki komanda cari mövsümdə elə də uğurlu oyun sərgiləmirlər. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra da ardıcıl məğlubiyyətlərlə üzləşən “Zirə” hazırda 1 xalla sonuncu pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla 6-cı yerdədir. Komandalar indiyədək çempionatda 12 dəfə üz-üzə gəliblər. Oyunlardan 3-də “Zirə”, 4-də isə “Qəbələ” qalib gəlib. Beş oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “qırmızı-qaralar” üstündür – 15:11. Lakin “Zirə” son 3 ev oyununda uduzmayıb. “Qəbələ” 10, paytaxt təmsilçisi 6 matçdır meydanı qolsuz tərk etmir.Turun ikinci oyunu “Bayıl Arena”da 19:00-da başlayacaq. Həmin görüşdə “Sumqayıt” klubu “Səbail” komandasının qonağı olacaq. Komandalar bu vaxta kimi 4 dəfə qarşılaşıblar. Dörd görüşdən 1-də Bayıl komandası, ikisində “gənclik şəhəri” təmsilçisi qalib gəlib və daha bir matç heç-heçə ilə nəticələnib. Topların nisbəti “Sumqayıt”ın xeyrinədir – 4:2. Sumqayıtlılar səfərdəki hər iki matçda qələbə qazanıblar. “Səbail” heç vaxt qalib gəlməyib. Görüşü Əliyar Ağayev idarə edəcək.Günün sonuncu matçında isə çempionatın lideri “Neftçi” debütant “Sabah”ı qəbul edəcək. Qonaqların baş məşqçisi Elşad Əhmədov daha əvvəl flaqmanın əvəzedici heyətinə və bir oyunda əsas komandaya rəhbərlik edib. Hələlik “Sabah” Əhmədovun rəhbərliyi altında 6 oyundan 10 xalla 4-cü pillədə qərarlaşıb. “Neftçi” isə 16 xalla birinci pillədədir. Qarşılaşma saat 20:15-də başlayacaq. Oyunda ədaləti təmin etmək Orxan Məmmədova tapşırılıb.“Qarabağ”ın “Keşlə” ilə səfər matçı isə oktyabrın 31-nə təxirə salınıb. Bu, Ağdam komandasının müraciəti əsasında baş verib. Səbəb isə “Qarabağ” klubunun UEFA Avropa Liqasında İngiltərənin “Arsenal” ilə oyunu olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02