Sentyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna “İnter”-“Kəpəz” oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “İnter Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 5-ci dəqiqəsində Fuad Bayram fərqlənib. Görüşün 21-ci dəqiqəsində Adrian Skarlatake, 32-ci dəqiqəsində isə Aqşin Quluzadə “Kəpəz”in qapısına yol tapıblar. “Kəpəz”in futbolçuları Şəhriyar Əliyev 36-cı, Kərim Diniyev isə 37-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Görüşün ilk hissəsi “İnter”in 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.Beləliklə, “İnter” komandası 3:2 hesabı ilə qalib gəlib. Turun digər oyunlarında isə bu gün “Qəbələ” komandası “Zirə”ni qəbul edəcək, sabah isə “Neftçi” klubu “Sumqayıt”ın qonağı olacaq. “Səbail”-“Qarabağ” oyunu isə Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar təxirə salınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…