Futbol üzrə səkkizdəbir final mərhələsinə yekun vurulacaq

29 Noyabr 2017 13:56

Xəbər 840 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan kubokunun səkkizdə bir final mərhələsinin növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, “Qəbələ” – “Mil-Muğan”, “Şüvəlan” – “Səbail”, “Zirə” – “Xəzər”, “MOİK” – “Keşlə”, “Kəpəz” – “Binə” və “Sumqayıt” – “Sabah” klubları üz üzə gələcəklər.Bu görüşlərdə qalib gələn komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.xeber100.com